Ali-İmran surəsi 2-ci ayə
Mart 24th, 2012
Elçin AzərTürkü Məryəmnoxudu bitkisi
Mart 24th, 2012
Elçin AzərTürkü Botaniki təsnifatı. Məryəmnoxudu bitkisi Dodaqçiçəklilər – Lamiaceae fəsiləsindəndir. Azərbaycanda 8 növü yayılmışdır. Bunlardan çöl məryəmnoxudu – Teucrium canum Qafqaz üçün endemik bitki hesab olunur. Respublikada məryəmnoxudunun aşağıdakı növləri bitir:
1.Hirkan məryəmnoxudu – Teucrium hyrcanum
2.Xırdaçiçək məryəmnoxudu – Teucrium parviflorum
3.Ağ məryəmnoxudu – Teucrium polium
4.Şərq məryəmnoxudu – Teucrium orientale
5.Skordi məryəmnoxudu – Teucrium scordioides
6.Teylor məryəmnoxudu – Teucrium taylori
7.Adi məryəmnoxudu – Teucrium chamaedrys
Özünüzü hesaba çəkin…
Mart 24th, 2012
Elçin AzərTürkü
SİZİ HESABA ÇƏKMƏMİŞDƏN ƏVVƏL ÖZÜNÜZÜ HESABA ÇƏKİN…
Bismilləhir-Rəhmanir-Rəhim
Ey müsəlman! Ömründən gör nə qədər keçib. Heç ömrün boyu bircə gün də olsa oturub olanlar, keçənlər, dediklərin və elədiklərin haqqında düşünmüsənmi? Heç bircə gün olubmu oturub pis və çirkin əməllərini bir-bir sayasan, xətalarını və səhvlərini hesablayasan? Heç oturub etdiyin ibadətləri necə yerinə yetirdiyin barədə dərindən fikirləşmisənmi? Görəcəksənki bu ibadətlərini çoxu xalis və saf olmayıb, ya nəfsindən razı halda etmisən, ya kiməsə göstərmək üçün, ya tənbəlliklə, ya nöqsanla, ya məcburiyyətlə və sairə. Bəs bu haldasansa necə səbr edirsən öz halına, necə bu vəziyyətdə davam etmək istəyirsən, aqibətindən qorxmursanmı?
Məhşurlardan sözlər 5-ci hissə
Mart 24th, 2012
Elçin AzərTürkü
MƏHŞURLARDAN SÖZLƏR 5-Cİ HİSSƏ..
1..Uşaqlarına susmağı öyrət, danışmağı onların özləri də öyrənə bilərlər. B. Franklin.
2.. Uşaqlıqdakı ərköyünlüyün izi ömrün sonuna qədər qalır. Turgenev.
3.. Pis övlad altıncı barmaq kimidir.Kəsərsən, ağrıyar,kəsməzsən,eybəcər göstərər. Azərbəycan atalar sözü.
4.. Uşağı həddindən artıq əzizləmək onu fəlakətə hazırlamaq deməkdir. Çin atalar sözü.
5.. Kim öz oğluna faydalı heç nə öyrətmirsə, hesab elə ki, evində oğru bəsləyir. T. Fuller.
Gavalı salatı
Mart 24th, 2012
Elçin AzərTürkü Tərkibi:Toyuq əti,qara gavalı,2 şor xiyar,1 balaca soğan,2 kök,konservləşdirilmiş yaşıl noxud,2 yumurta,mayonez
Hazırlanması:Duzlu suda bişmiş toyuq əti xırda-xırda doğranılır.İsti suyla yuyulmuş gavalı da doğranılır,ətin üstünə səpiib mayonez vurulur.Az duzlu şor xiyar və soğan da doğranılır,bütün laylarda olduğu kimi yenə mayonez cəkilir.Beləcə, qarox, kök və yumurta da doğradıldıqdan sonra əlavə olunur,moyanezlənir.
Xocalı faciəsi
Fevral 25th, 2012
Elçin AzərTürkü
1988-ci ildən başlamış Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.
Andız bitkisi
Fevral 25th, 2012
Elçin AzərTürkü Botaniki təsnifatı. Andız bitkisi Mürəkkəbçiçəklilər – Asteraceae fəsiləsindəndir. Azərbaycanda ancaq 1 növü – boylu andız – İnula helenium yayılmışdır. Andız bitkisi ən çox Orta Aralıq dənizi ölkələrində, İranda, Monqolustanda, Qafqazda, o cümlədən Azərbaycan ərazisində geniş yayılmışdır. Buna ən çox çay, göl, çəmən, meşə kənarlarında, dağlıq zonalarda rast gəlmək olar. Andızı mədəni halda Şimali Amerikada və bir sıra Avropa ölkələrinin xalqları ədviyyat, qida, efir yağlı və boyaq xüsusiyyətlərinə görə geniş sürətdə əkib becərirlər.
Məhəbbət getsədə
Fevral 18th, 2012
Elçin AzərTürkü Qurani-Kərim pisliklərdən çəkindirir
Fevral 8th, 2012
Elçin AzərTürkü
QURANİ-KƏRİM İNSANLARI BÜTÜN PİSLİKLƏRDƏN ÇƏKİNİRİR…
Qiymətli oxucurlar.!! Dini inancımızı yaşamaq istəyiriksə ilk əvvəl müəyyən sədaqət anlayışından əl çəkməliyik ki, dini inancımızı yaşamasını bilək.Dini inancımızın yolu ideoloji yollardan deyil Quranın yolundan keçər. İlk əvvəla bunu öyrənməmiz lazımdır. Baxın dinin yolu Quranı tam oxuyub və tam anlamaqdan keçir. Ala-yarımçıq məlumatlar insanı ideologiyaların qollarına əsir edər və küfrə aparar.Onsuz da bu günə qədər din adına edilən bütün pisliklər buna görə meydana gəlmişdir. Bunu araşdırmanın yolu dini əqidəsini yaşayan hər kəs ilk əvvəl Quranı çox yaxşı oxuyub başa düşməsi lazımdır ki Quranın məlumatından yola çıxaraq dini əqidəsini yaşamasını bilsin.







