Çayların qidalanması

ÇAYLARIN QİDALANMASI..

Çaylarda suyun səviyyəsi onların qidalanmasından asılıdır. Çayların qidalanması onların rejiminə təsir edir. Çayların axım sürəti və istiqaməti relyefdən asılıdır. Yağış, qar, buzlaq və yeraltı suları çayların əsas qida mənbəyidir.

Qida mənbəyilərinə görə çayların bolsululuğu fərqlənir. Mənbəyi ekvator yaxınlığında yerləşən çaylar il boyu bolsulu olmaqları ilə fərqlənirlər. Bu tipli çaylar ekvator tipli çaylar adlanır. Yağışla qidalanan bu tipli çaylara Amazon, Konqo və s. misal göstərmək olar. Ekvator tipli çaylarda illik rejimi demək olar ki, dəyişmir.

Subekvatorial və ya savanna tipli çaylarda qida mənbəyi yay yağışlarıdır. Bu tipli çaylar yayda bolsulu olur. Qışda isə çaylarının suyu kəskin azalır. Seneqal, Niger, Şari, Zambezi, Nil, Parana, Saluin, Orinokonu bu tipli çaylara misal göstərmək olar.

Tropik səhra tipli çayların qida mənbəyi yeraltı sulardır. Bu tipli çayların bolsulu dövrləri yay aylarına təsadüf edir ki, Darlinq, Kuper-Krik də belə tipli çaylardandır.

Subtropik iqlim qurşağının musson iqlim tipli çayları yayda, Aralıq dəniz iqlim tipli çayları isə qışda bolsulu olur.

Qərbi Avropa və ya mülayim dəniz tipli çaylarda qida mənbəyi  yağış suyudur. Mülayim iqlim tipli çaylar buxarlanma az olduğuna görə qışda daha bolsulu olur. Mülayim kontinental tipli çaylarda qida mənbəyi yağış və qar sularıdır. Rejimi qeyri-bərabərdir. Mülayim yarımsəhra iqlimi tipli çaylar isə yazda və payızda az yağıntılar hesabına qısa müddətli axırlar.

Daimi donuşluq və ya Şərqi Sibir tipli çaylarda qida mənbəyi yazda donuşuqluğun əriməsidir. Belə ki, yayda daşqın əmələ gəlir. Yağıntı az düşür.

Yazda və yayda bolsulu olan çaylar həm qar, həm də buzlaq suları ilə qidalanan və əsasən mülayim iqilim qurşağında yerləşən çaylardır. Bu çaylarda qidalanma rejimindən asılı olaraq sel və daşqınlar baş verir.

Mənbələrini yüksək dağlardan götürən çaylar isə əsasən qar və buzlaqların ərinti suları ilə qidalanır. Buzlaqlarla qidalanan çaylarda səviyyə yayda, qarla qidalanan çaylarda yazda, yağış ilə qidalanan çaylarda isə səviyyə yağıntılı dövrdə artır. Yeraltı və buzlaq suları ilə qidalanan çaylarda isə suyun səviyyəsi il boyu dəyişmir.Hansı qida mənbəyinin üstünlük təşkil etdiyini müəyyənləşdirmək üçün çay axımının hidroqrafı qurulur.

Çayda suyun səviyyəsinin illik gedişatına çayın rejimi deyilir. Rejiminə görə çaylar iki qrupa bölünür:

1.Damimi axarlı çaylar

2.Müvəqqəti axarlı çaylar

Daimi axarlı çaylar da öz növbəsində rejiminə görə 4 tipə bölünür:

1.Bütün il boyu bolsulu olan çaylar: Ekvatorial iqlim qurşağının çayları bu tipə aiddir. Amazon, Konqo

2.Yazda bolsulu olan çaylar:  bu tipə qar suları ilə qidalanan çaylar aiddir. Məsələn: Kür, Volqa, Ob, Yenisey, Kolıma, İndigirka, Don, Dnepr, Yukon, Makkenzi  və s.

3.Yayda bolsulu olan çaylar:

a)Musson yağışları ilə qidalanalar:  Amur, Mekonq, İravadi, Hind, Qanq, Brahmaputra, Yansızı, Xuanxe və s.

b)Buzlaqlarla qidalananlar: Amudərya, Sırdərya və s.

4.Qışda bolsulu olan çaylar: Aralıq dəniz tipli iqlimində rast gəlinir. Qızılırmaq, Yeşilırmaq, Seyhan,  Ceyhan, Böyük Menderes, Viləşçay, Lənkərançay, Astaraçay və s. aiddir

Müvvəqəti axarlı çaylara əsasən yayda quruyan çaylar və ya krik də deyilir. Kriklərə misal olaraq, Kuper-Krik, Okavanqo, Ceyrankeçməz, Sumqayıt, Pirsaat. Kriklər xəritələrdə qırıq xətlərlə göstərilir.

Nil və Niger çaylarının yayda bolsulu olmasının səbəbi yerləşdiyi iqlim qurşağı ilə əlaqədardır. Niger çayının demək olar ki, bütün hissələri, Nil çayının isə böyük bir hissəsi şimal subekvatorial iqlim iqlim qurşağında yerləşir. Bu iqlim qurşağında yayda ekvatorial hava kütlələri hakim olduğuna görə çaylar yayda daha bolsulu olur.

Öz mənbəyini başqa ölkələrdən götürən çaylar tranzit çaylar adlanır. Məsələn: Kür, Araz, Amudərya, Samur və s.

Şimal Buzlu okeana tökülən çaylar – Lena, Ob, Yenisey, Peçora, İndigirka, Kolıma, Makkenzi, Oneqa, Şimali Dvina, Yana və s.

Hind okeanına tökülən çaylar – Zambezi, Limpopo, Ruvuma, Dəclə – Fərat (Şəttül-Ərəb), Hind, Qanaq, Brahmaputra, İravadi, Murrey, Saluin və s.

Atlantik okeanına tökülən çaylar – Konqo, Niger, Seneqal, Parana, Amazon, Orinoko, Missisipi, Müqəddəs Lavrenti, Nil, Oranj, Dunay, Dnepr, Qızılırmaq, Yeşilırmaq, Böyük Menderes, Po, Temza, Taxo, Reyn, Sena, Oder, Visla və s.

Sakit okeana tökülən çaylar – Mekonq, Xuanxe, Yansızı, Amur, Anadır, Yukon, Kolumbiya, Kolorado və s.

Axarsız hövzənin çayları – Kür, Araz, Volqa, Ural, Emba, Amudərya, Sırdərya, Qızılüzən, Şari, Kuper-Krik və s.

Şimal istiqamətində axan çaylar – Nil, Peçora, Ob, Yenisey, Lena, Kolıma, İndigirka, Yana, Reyn, Visla və s.

Cənub istiqamətdə axan çaylar – Mekonq, İravadi, Saluin, Volqa, Dnepr, Missisipi, Parana və s.

Şərq istiqamətində axan çaylar – Amazon, Xuanxe, Yansızı, Amur, Kür, Araz, Astaraçay, Dunay, Zambezi, Po və s.

Qərb istiqamətində axan çaylar – Yukon, Konqo, Oranj (Narıncı), Taxo və s.

Dünyanın ən uzun çayları:

1.Nil, 2.Amazon,3.Missisipi,4.Yansızı,5.Ob,6.Amur,7.Lena,8.Yenisey,9.Volqa,10.Konqo,11.Mekonq,12.Parana

Dünyanın sərhəd çayları:

1.Dunay (Avropa),2.Reyn (Avropa),3.Prut (Avropa),4.Mekonq (Asiya),5.Amur (Asiya),6.Araz (Asiya),7.Qanıx (Asiya),8.Qabırrı (Asiya),9.Astaraçay (Asiya),10.Bolqarçay (Asiya),11.Samur (Asiya),12.Zambezi (Afrika),13.Narıncı (Afrika),14.Konqo (Afrika),  15.Müqəddəs Lavrenti (Şimali Amerika),16.Rio-Qrand (Şiamli Amerika)

                                                                                                                                                          Müəllif: Maksudova Aida

You can leave a response, or trackback from your own site.

3 şərh to “Çayların qidalanması”

  1. pepee deyir:

    eladi maraqlidi 6 ci sinif ksq da dusur :)

  2. mehemmed deyir:

    yaxsidi

  3. elsen deyir:

    hayda yaxsididada

Şərh yaz