Günəbaxan bitkisi

GÜNƏBAXAN BİTKİSİ

Botaniki təsnifatı. Günəbaxan bitkisi Mürəkkəbçiçəklilər–Asteraceae fəsiləsindəndir. Günəbaxan Azərbaycanın bütün rayonlarında yetişdirilir.Vətəni Amerikadır. Hazırda o, dünyanın bir çox ölkələrində becərilir.100–dən çox birillik və çoxillik növləri özündə birləşdirir: çoxillik növlərinin əksəriyyəti birilliklər kimi ot bitkilərinə, az bir hissəsi kol bitkilərinə aiddirlər. 100 növündən mədəni tarla bitkisi kimi, yalnız iki növü – mədəni günəbaxan ( birillik növ)  və tompinambur  və ya  yer armudu ( çoxillik növ ) becərilir.

Mədəni bünəbaxan ( H. Annuus ) yaxşı inkişaf etmiş mil kökə malik birillik ot bitkisidir. Onun kökü 2 m – dən 5 m – ə qədər torpağın dərin qatlarına gedir, torpağın üst qatında güclü yan budaqları vardır, həmin budaqların bir hissəsi torpağın dərinliyi işləyir. Gövdəsinin hündürlüyü 2,5 metrə qədər olur, əsasən budaqlanmır, kobuddur və kobud tüklərlə örtülüdür, içi kobud özəklə doludur. Yarpaqları iridir, oval–ürəkvari formadadır, ucu çiçdir, üç damarlıdır, kənarları dişli və ya mişarvaridir, saplağı uzundur. Saplağının üstü kobud tüklərlə sıx örtülüdür, yarpaqların rəngi yaşıldır, aşağı 2–3 cüt yarpaqları suprotiv, sonrakılar isə növbələşəndirlər. Çiçəklər çoxsaylıdır, hər biri pərdəli və çiçəkyanı dişiciklərlə qurtarır, hamısı bir çiçək ayasında – səbətdə toplanmışdır ki, o, hamar dəyirmi disk formasındadır, tək–tək hallarda səbətin forması əyilmiş və ya ortadan köpmüş şəkildə olur. Səbətlər bükmə ilə əhatə olunmuşdur. O, bir neçə sıra enni – oval və ya bir qədər uzunsov, ucları azca iti şiş formalı yarpaqlardan ibarətdir. Kənar ləçəklər dilvaridir, adətən, qızılı – sarı, bəzən qırmızı rəngli olur, qeyri – cinslidir, nadir hallarda bircinsli olur, toxum verən orta çiçəklər boru şəklində ikicinslidirlər.

Meyvə – toxumdur, 8–dən  25mm-ə qədər uzunluğu, 4–dən  13mm-ə qədər enində olur, toxumlar birləşməmişdir.Toxum rüşüymdən ibarətdir, onun üstü nazik pərdə ilə örtülüdür. Toxumlar müxtəlif rəngdə olurlar: ağ, qara, açıq boz, metal rəngli, boz, zolaqlı, zolaqsız və s.

Günəbaxan bitkisinin tam inkişafı üçün – toxumun cücərməsindən təzə toxumun yetişməsində qədər 2600 – dən  2850 – dək ümumi istilik tələb olunur. Günəbaxanın toxumu 5 – 100C istilikdə cücərir, lakin eyni vaxtda cücərtilərin çoxluğu üçün bir qədər yüksək temperatur daha yaxşı təsir göstərir. Onun cücərtiləri  – 60C şaxtaya tab gətirə bilirlər. Günəbaxan işıqsevən bitkidir. Cavan bitkiləri kölgələndirdikdə onların boyu uzanır, kiçik yarpaqlar əmələ gətirir, gövdə üzərində onların sayı azalır və bunların hamısı son nəticədə məhsuldarlığın azalmasına səbəb olur. Günəbaxan, adətən, çarpaz tozlanandır, lakin öz – özünə tozlanmalar da baş verir. Günəbaxan bitkisində çarpaz tozlanmanın əksər hissəsi arılar vasitəsilə, az bir hissəsi isə küləklə həyata keçirilir. Ayrı – ayrı günəbaxan bitkilərinin çiçəklənməsi orta hesabla 8 – 10 gün davam edir.

Tətbiqi. Dərman məqsədilə günəbaxanın yarpaqlarından, yağından, çiçəklərindən və meyvələrindən istifadə edilir. Günəbaxan yetişəndə toxumları qabıqdan təmizlənib, press altında sıxılır və ondan piyli yağ alınır. Təzə alınmış günəbaxan yağının açıq – sarı rəngi, xoş tamı və ətirli iyi vardır. Günəbaxan yağı skleroza qarşı istifadə edilən linetolun tərkibinə daxildir. O, həlledici kimi və məlhəmlərin tərkibində, yağlı ekstraktların alınmasında, xüsusən revmatizm xəstəliyində sürtmə dərmanı kimi işlənən batbat yağının – Oleum Hyoscyami hazırlanmasında geniş istifadə olunur. Çiçəklərdən və yarpaqlardan hazırlanmış tinktura xalq təbabətində malyariyaya qarşı, iştahartırıcı və mədənin həzm fəaliyyətini qüvvətləndirici dərman kimi, çiçəklərindən alınan sarı rəngli karotinoid yeyinti sənayesində boyayıcı maddə kimi istifadə edilir.

                                                                                                                                                                       Müəllif : Hüseynzadə Nəsrin

You can leave a response, or trackback from your own site.

3 şərh to “Günəbaxan bitkisi”

  1. kenan deyir:

    gunebaxan bitkisinin koku

  2. Ruveyde deyir:

    Cox sag olun bu bilikler cox isime yaradi

Şərh yaz